Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Saxtalaşdırılan tariximiz: Xəritələrdəki faktlar dövlət qurumları ilə razılaşdırılmalıdır - VİDEO](https://images.oxu.az/2020/03/16/12/47/20/a548774b-8af8-4dc1-9630-47c6e580092b/xerite:1200.jpg)
Saxtalaşdırılan tariximiz: Xəritələrdəki faktlar dövlət qurumları ilə razılaşdırılmalıdır - VİDEO
Xəritələrdə bəzi yanlışlıqların olması kimi hallara tez-tez rast gəlirik.
Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
“Geodeziya və Kartoqrafiya” MMC-nin direktoru Nazim Süleymanov deyir ki, belə səhvlər xəritələri çap etdirənlərin tarixi məlumatsızlığından qaynaqlanır: “Digər tərəfdən, yanlış məlumatların yer aldığı xəritələr tərtib edilmir, müxtəlif internet saytlarından götürülərək çap edilir”.
Ekspertin sözlərinə görə, bu gün şagirdlərin istifadəsi üçün satılan əksər məktəb ləvazimatları, o cümlədən xəritələr, atlaslar, qlobuslar standartlara cavab vermir: “Eyni zamanda, müxtəlif nəşriyyatların istehsalı olan bu ləvazimatlardakı səhv məlumatların şagirdlərə mənfi təsirləri ola bilər”.
Mütəxəssislər hesab edirlər ki, tarixi xəritələrin çap edilməsi zamanı faktlar müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır.