“Azərbaycanda qadın və uşaqların hüquqlarının qorunması istiqamətində müvafiq qurumların hər biri öz üzərinə düşən vəzifələri yerinə yetirir”.
Oxu.Az xəbər verir ki, bu fikirlər bu gün keçirilən “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda konfransda səsləndirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib.
B.Muradova bu gün ölkədə görülən tədbirlər beynəlxalq konvensiyaya uyğun şəkildə aparıldığını bildirib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova bildirib ki, bu gün cəmiyyətdə qadınların rolu çox böyükdür.
“Elə bir siyasi partiya yoxdur ki, orada xanım nümayəndələr, üzvlər olmasın. Qadınların ictimai-siyasi fəaliyyətinin qiymətləndirilməsi bu prosesin ilbəil daha da artmasına səbəb olub”,- deyə o qeyd edib.
Könül Cəfərli