Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda güclü dolu yağması müşahidə olunub.
Oxu.Az xəbər verir ki, ərazidə yağan dolu nəticəsində torpaq sahələri ağ örpəyə bürünüb. Təbiət hadisəsi zamanı ərazidə görünüş məsafəsi də azalıb.
Dolunun Sədərək rayonunda hər hansı fəsada səbəb olub-olmadığı barədə hələlik məlumat yoxdur.
Anar Tağıyev
Qaynar xətt:
(055) 224 12 12