Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
“Sədərək” Ticarət Mərkəzi bağlanır?
“Sədərək” Ticarət Mərkəzi bağlana və ya başqa adla digər ticarət mərkəzlərindən birinin nəzdində fəaliyyət göstərə bilər.
Olke.Az-ın məlumatına görə, ötən gün Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə xidməti qurumlarının “Sədərək”də keçirdiyi yanğın təhlükəsizliyi təlimi zamanı ciddi nöqsanların aşkarlanması bu ehtimalı gücləndirib.
Bundan əlavə, azərbaycanlı alıcıların “Trendyol” vasitəsilə onlayn alış-verişə üstünlük verməsi nəticəsində bazarda satışların azalması ilə bağlı məlumatlar da sadalanan səbəblər arasındadır.
Yayılmış iddialarla bağlı “Sədərək” TM-in sözçüsü Kəmaləddin Qədim məlumatların həqiqətə uyğun olmadığını deyib:
“FHN-in burada xüsusi bölməsi də fəaliyyət göstərir. Sadəcə olaraq təlim keçirilib. Bu da həmişə olan bir məsələdir. Ticarət mərkəzi böyük bir ərazini əhatə edir, onminlərlə mağaza, 30-40 mindən artıq sahibkar, işçi var. Bu boyda yeri kim bağlayacaq?! Yayılmış məlumatların heç bir məntiqi və əsası yoxdur.
“Sədərək” TM-in bağlanacağı ilə bağlı əvvəllər də dəfələrlə məlumatlar yayılıb. Heç bir əsası olmayan məlumatlardır”.
Ticarət mərkəzinin sözçüsü vətəndaşların xarici ölkələrdən onlayn alış-verişə üstünlük verməsinə görə satışların azalması barədə deyilənlərə də münasibət bildirib:
“Belə bir məsələ yoxdur. Əslində, bu, kiçik bir detaldır. Onlayn yolla Türkiyədən, başqa ölkələrdən mal alanlar az bir qisimdir. “Sədərək” TM o qədər böyük bir ərazidir ki, təkcə Bakını əhatə etmir. Azərbaycanın bütün rayonlarından bura gəlib mal alırlar, rayonlarda, kəndlərdə satışı təşkil olunur. “Trendyol”dan mal alanların bura cüzi bir təsiri ola bilər. Dediyim kimi, kiçik bir şeydir, bizə güclü təsir göstərmək imkanında deyil”.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Şəkidə güclü yanğın: Əraziyə xeyli canlı qüvvə CƏLB OLUNDU
- Göyçayda otlaq sahəsində başlayan yanğın kəndə keçib: EV YANIB
- Bakıda biri uşaq olmaqla üç nəfərin yanaraq öldüyü evdən GÖRÜNTÜLƏR
- Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
- Baş nazir qəzalı binalarla bağlı müşavirə keçirdi