"Sədərək" Ticarət Mərkəzində avqustun 24-25-də baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, "Sədərək" Ticarət Mərkəzi tərəfindən icarəyə verilmiş obyektdə baş vermiş yanğınla əlaqədar FHN-in Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.
Xatırladaq ki, yanğın zamanı 13 nəfər tüstüdən zəhərlənib.
"Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı CİNAYƏT İŞİ açılıb
Aygün Mirakif