“Almaniyada vəfat edən soydaşımız barədə məlumatlıyıq”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, 23.12.1982-ci il təvəllüdlü Eldar Nizami oğlu Xəlilovun ailəsi ilə birlikdə zəruri bütün addımlar atılır:
“Səfirliyin səlahiyyətləri çərçivəsində məsələ nəzarətə götürülüb. Proseslərin gedişi ilə bağlı şəxsin ailə üzvlərinə məlumat verilir. Soydaşımızın nəşinin vətənə gətirilməsi ilə bağlı tarix və digər addımlar isə ailəsi ilə danışılacaq”.
15:28
Almaniyanın Bayroyt şəhərində koronavirusdan vəfat edən azərbaycanlının ailəsinin axtarılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a onun ailə yaxınları məlumat verib.
Bildirilib ki, Eldar Nizami oğlu Xəlilov iyulun 19-dan 20-nə keçən gecə vəfat edib:
“Ailəsi bu barədə məlumatlıdır. Onun nəşinin vətənə gətirilməsi istiqamətində zəruri tədbirlər görülür”.
14:20
Almaniyanın Bayroyt şəhərində yaşayan azərbaycanlı koronavirusdan vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, söhbət Eldar Nizami oğlu Xəlilovdan gedir. Belə ki, vətəndaş vəfat edib, lakin nəşi morqda saxlanılır.
Qeyd olunur ki, həmyerlilərimiz Eldar Xəlilovun yaxınlarını axtarırlar. Soydaşımızın nəşinin Vətənə gətirilməsi üçün kömək lazımdır.
Onu da qeyd edək ki, iddialara görə, müəyyən müddət ərzində şəxsin ailə yaxınları tapılmazsa, meyit yandırıla bilər. Bu isə müsəlman qaydalarına ziddir.
Könül Cəfərli