Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Səfirliyə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı ilk görüntüsü - FOTO
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Vasifin əməliyyatdan sonra çəkilən ilk görüntüsünü təqdim edirik:
Qeyd edək ki, Vasifin əməliyyatı dörd saat yarım çəkib. Onun çiynində güllə yarası, çənəsində sınıq olub.
Xatırladaq ki, 27 yanvar saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki əməkdaş isə yaralanıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar