"Bəzi hallarda şəhid ailələrinə, müharibə əlillərinə və hərbçilərə mənzil əvəzinə pulun verilməsi təklif olunur".
Oxu.Az xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deyib.
O bildirib ki, belə olan halda vətəndaş ailəsinin yanında və ya rayon, kənd yerlərində ev ala bilərlər:
"Hökumət bu barədə ciddi düşünməlidir. Onlar istədiyi yerdən, bəlkə də valideynlərinə yaxın ərazidən almaq istəyirlər Yaxud kəndə gedib torpaq alıb ev tikmək istəyirlər. Bəzən elə yerdə evlər tikilir ki, kimsə həmin ərazidə yaşamaq istəmir".