Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəhid anası: "Oğlumla qürur duyuram, o xalqın da, mənim də gözümdə qəhrəmandır"
Ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub.
Şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də hökumət rəsmiləri İkinci Şəhidlər xiyabanına gələrək burada dəfn olunan şəhidlərin məzarlarına qərənfillər düzüb, əklil qoyub, onların xatirələrini ehtiramla yad ediblər.
"Oğlum Xocavənddə həyata keçirilən antiterror tədbirlərində şəhid olub. Ondan əvvəl üç müharibə görmüş zabit idi. 44 günlük Vətən müharibəsindən qələbə ilə qayıtmışdı, ancaq antiterror tədbirlərində qələbə qazansalar da, özü sağ gəlib çıxa bilmədi. Oğlumun ömrü yarım qaldı, amma şükürlər olsun ki, torpaqlarımızı qaytardılar. Oğlumla qürur duyuram, o xalqın da, mənim də gözümdə qəhrəmandır", - deyə şəhid anası deyib.
Ətraflı süjetdə:

"Antiterror tədbirləri" teqi üzrə xəbərlər
- Türkiyə kəşfiyyatından yeni əməliyyat: PKK-nın rəhbər şəxsi məhv edildi
- Türkiyə ordusundan Suriyada yeni əməliyyat: 23 terrorçu öldürülüb
- İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı
- Ceyhun Bayramov: "Azərbaycan 2023-cü ildə antiterror tədbirləri ilə öz suverenliyini bərpa etdi"
- Prezidentdən Ermənistana və havadarlarına sülh çağırışı