Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şəhid atası vəfat etdi
Vətən müharibəsi şəhidi Fariz Hüseynlinin atası Dadaş Hüseynov 62 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, şəhid atası uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Mərhum oğlunun dəfn edildiyi Əsgərabad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi, əsgər Fariz Hüseynli 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub.
O, Tərtərin Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində döyüşüb. Ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Ailəli olub. Vətənə yadigar iki övladı var.
"Vətən müharibəsi şəhidi" teqi üzrə xəbərlər
- Xudayar Yusifzadənin anasını təhqir edən bloqer HƏBS OLUNDU
- Zəlzələdən zərərçəkənlərə yardım edən şəhid atası: "Toy əşyalarını qardaş ölkəyə göndərdik"
- Vətən müharibəsinin ən kiçik iştirakçılarından biri: Son sözü "Məni Vətən saxlayır" oldu
- Şəhidin qardaşı dünyaya gəldi
- Dastana dönən qəhrəman Xudayar Yusifzadənin qardaşının toyundan görüntülər
Ən çox oxunanlar