Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəhid Ramazan Hüseynzadədən ailəsinə hansı xatirə qaldı?
"Ən böyük arzum Ramazana toy etmək idi. Könlündə biri var idi. Mənə demişdi ki, qızın anası ilə danışarsan".
Bunu antiterror tədbirləri nəticəsində böyük igidlik göstərərək 23 yaşında şəhid olan Ramazan Hüseynzadənin anası Pərvanə Hüseynova deyib.
Şəhid anası söyləyib ki, oğlunun döyüşlərdə iştirak etdiyini bilməyib:
"Bir gün məndən soruşdu ki, qızın anası ilə danışdın? Dedim ki, danışmamışam. Sən demə döyüş hazırlığı görürmüşlər. Mənə söylədi ki, hələ gözlə, nə vaxt desəm, onda danışarsan".
Atası Həmdulla Hüseynov isə Ramazan Hüseynzadənin şəhidlik xəbərini necə almasından danışıb:
"Mənə ard-arda 97 şəkil göndərdi. Daha sonra ona zəng çatmadı. Qonşu kənddə idim. Narahat olmağa başladım ki, oğluma iki gündür zəng çatmır. Üstündən yarım saat keçməmiş zəng edib dedilər ki, tez evə gəl. Elə o an sanki belim qırıldı".
Daha ətraflı Baku TV-nin süjetində:

"Antiterror tədbirləri" teqi üzrə xəbərlər
- Türkiyə kəşfiyyatından yeni əməliyyat: PKK-nın rəhbər şəxsi məhv edildi
- Türkiyə ordusundan Suriyada yeni əməliyyat: 23 terrorçu öldürülüb
- İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı
- Ceyhun Bayramov: "Azərbaycan 2023-cü ildə antiterror tədbirləri ilə öz suverenliyini bərpa etdi"
- Prezidentdən Ermənistana və havadarlarına sülh çağırışı