Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şəhidin qətlə yetirilən arvadının ailəsi fəryad etdi - VİDEO
44 günlük Vətən müharibəsinin şəhidi Saleh Qurbanovun həyat yoldaşı Ləman Qurbanovanı qətlə yetirməkdə təqsirləndirilən şəhidin qardaşı Taleh Qurbanovun məhkəməsi keçirilib.
Proses Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qapalı formada keçirilib.
Ləman Qurbanovanın ailəsi təfərrüatı Baku TV-yə danışıb.
“Qızımın üstünə bıçaq çəkməsəydilər, Ləman o evdə qalacaqdı. Çünki o, şəhidinə hörmət qoyurdu. Qaynı balamı mal-mülkə görə boğub öldürdü”, - deyə L.Qurbanovanın anası Yeganə Məlikova bildirib.
L.Qurbanovanın xalası Firudə Rəşidovanın sözlərinə görə, Ləmanın qətli öncədən planlaşdırılıb:
“Ləmana telefon işlətməyə icazə vermirdilər. Bir ayın içində tələ qurmaq üçün ona telefon aldılar. “TikTok” yüklədiyini bəhanə edib onu öldürdülər”.
Məhkəmənin növbəti iclası fevralın 19-na təyin olunub.
Qeyd edək ki, hadisə 2023-cü il mayın 13-də Xızının Giləzi qəsəbəsində baş verib. Taleh Qurbanov şübhəli şəxs qismində saxlanılıb.
Mövzuya aid xəbərlər
- Şəhid qardaşının arvadını boğub öldürən şəxsin məhkəməsi başlayıb - VİDEO
- Öldürülən şəhid xanımının anasından şok açıqlama: “Qızımı pensiya kartına görə öldürüblər” - VİDEO
- Xızıda şəhid xanımının qaynı tərəfindən öldürülməsi ilə bağlı yeni detallar - FOTO/VİDEO
- Şəhidin arvadını öldürən qaynı ilə bağlı qərar verildi
- Qətlə yetirilən qadının məzarına şəhid yoldaşı ilə birgə şəkli qoyuldu - FOTO
Rəylər