Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbiri keçirilir
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Bakıda "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbiri keçirilir.
Oxu.Az xəbər verir ki, "Yeniliklər zamanıdır" konsept mesajı ilə təşkil olunacaq tədbir iki paneldən ibarətdir.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov iştirak edirlər.
Tədbirin əsas məqsədi ölkəmizdə səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarəolunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Daşkəsəndə qidadan zəhərlənən şəxslərin SON DURUMU AÇIQLANDI
- Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
- Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti açıqlandı
- Lerikdə yeniyetmənin halı pisləşdi - Bütün kənd onun üçün qarı təmizləyib yol açdı
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI