Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Sehrli xalat” filminin “Rəşid”i ABŞ-də vəfat etdi - FOTO
“Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib.
Bununla bağlı Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov “Facebook”da bildirib.
Onun sözlərinə görə, A.Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra ABŞ-də dünyasını dəyişib.
Qeyd edək ki, əslən Gəncə şəhərindən olan A.Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb.
O, iki yaşında “Bir məhəllədən iki nəfər” filmində debüt edib. Daha sonra “Əcnəbi qız” (1965), “Bizim oynadığımız dənizdə” (1967), ilk sovet-yuqoslav birgə filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində rol alıb.
Ona ən böyük uğuru “Sehrli xalat” filmindəki pioner “Rəşid” obrazı gətirib. A.Qurbanov rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirib.
A.Qurbanov 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı, şəxsi bizneslə məşğul olurdu.
"Balakən" teqi üzrə xəbərlər
- Balakən kanat yolu niyə yeddi ildir bağlıdır?
- Qəzaya uğrayan təyyarədə daha 5 nəfər Balakən rayon sakininin kimliyi məlum oldu
- Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür
- Balakəndə turistlər kanat adı ilə gəlib, kor-peşman qayıdırlar
- Çaylarda suyun səviyyəsinin artması selə səbəb olub
Rəylər