Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Səki niyə dağıdıldı? - Piyadalar avtomobil yolu ilə addımlamağa məcbur olublar
Paytaxtın Həzi Aslanov və Mirzə İbrahimov küçəsinin kəsişməsində səki dağıdılaraq binanın zirzəmi hissəsinə qapı qoyulub.
Sözügedən yerdə obyektin tikiləcəyini iddia edən vətəndaşlar məcbur olub ya yolun qarşı tərəfinə keçirlər, ya da avtomobil yolu ilə addımlamalı olurlar.
Yasamal Rayon İcra Hakimiyyətindən mövcud problemlə bağlı açıqlama verilib.
"Mirzə İbrahimov küçəsi 13 saylı evin 228,5 kvadratmetr qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01.03.2020-ci tarixli çıxarışı ilə Aslanov İlqar Mikayıl oğlunun mülkiyyətinə verilib. Uzun müddət istifadəsiz olduğundan qeyri-yaşayış sahəsinə olan giriş bağlanıb. Sonralar sahibi tərəfindən təsdiq olunmuş layihə üzrə qapı açılaraq əvvəlki vəziyyətinə qaytarılıb", - məlumatda deyilir.
İcra hakimiyyətindən o da bildirilib ki, səki həmin mülkiyyətçi tərəfindən təmir olunmalıdır və ona bu barədə dəfələrlə xəbərdarlıq edilib.

"Yasamal Rayon İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Yasamalda vətəndaşın evini başına uçurdular: Saxlanılanlar var
- Yasamalda restoranın qarşısındakı neqativ hal aradan qaldırıldı
- Elşad Həsənova yeni müavin təyin olundu
- Yasamalda istehlaka yararsız ətin satışının QARŞISI ALINDI
- İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib