Şəkidə fırıldaqçılar, gəlir əldə etmək üçün sadəlöhv insanları aldatmağın yeni üsulunu icad ediblər.
Oxu.Az Baku WS-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə getdikcə populyarlıq qazanan videoçarx yerləşdirilib. Bu videoçarxda “pir” və bu pirə inananlar əks olunub. Övladı olmayanlar kiçik bir arkanın altından keçirlər, bu arkanın üzərində yerləşdirilən beşikdə isə Barbi gəlinciyi yatır. Guya ki, bu beşiyin altından keçənlər uşaq sahibi olma arzularına yetəcəklər.
Bu videonu diqqətinizə çatdırırıq.