Bu gecə Şəki rayonunda güclü yanğın baş verib.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Şəki şəhər Regional Yanğın Hissəsinin rəisi Zahir Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə saat 01:00-dan başlayıb.
Yanğın Kişdə, dağda qeydə alınıb. Verilən məlumata görə, dağda kol-kosda qəflətən yanğın başlayıb. Hadisə yerinə 100-dən çox yanğınsöndürən və ağır texnika cəlb olunub.
Yanğın hazırda da davam edir. Hadisə yerində yanğınsöndürənlər çalışır. Əlavə kömək qüvvələri də göndəriləcək.