Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Şəkidə iki avtomobil toqquşub: Xəsarət alanlar var - VİDEO
Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var.
“Report”un məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində Zaqatala rayon sakini, 1987-ci il təvəllüdlü Rəşad Nuru oğlu İsrafilov və Qax rayon sakini, 1978-ci il təvəllüdlü Qoqita Romikoyeviç Babacanaşvili xəsarət alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Şəkidə iki avtomobil toqquşub: Xəsarət alanlar var - VİDEO

Ən çox oxunanlar
Rəylər