Şəki rayonunda ötən istirahət günlərində iki intihar hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Şəki rayon Polis İdarəsində bildiriblər.
Əldə edilən məlumata əsasən intihar hadisələrindən biri Orta Zəyzid, digəri isə Qohmuq kəndində baş verib.
Orta Zəyzid kəndinin sakini 1935-ci il təvəllüdlü Mahmudova Minayə Lətif qızı öz evinin həyətindən özünü asaraq intihar edib.
Qohmuq kəndində 1941-ci il təvəllüdlü Rəsulov Rəhman Davud oğlu öz evində özünü asaraq intihar edib. Məlum olub ki, iki intihar arasında heç bir əlaqə yoxdur, amma hər iki intiharın eyni səbəbdən törədildiyi ehtimal edilir. Yaşlı insanlar müalicə edilməyən xəstəlikdən əziyyət çəkiblər və uşaqlarına yük olmaq istəməyiblər.
Fakt üzrə istintaq aparılır.