Şəkidə əvvəllər həbs olunmuş şəxs özünü yandırıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Şəki rayon Polis İdarəsinə Qoxmux kəndinin sakinləri – yeniyetmələr müraciət ediblər.
Onlar bildiriblər ki, göstərilmiş kənddən üç kilometr aralıda, dağın başında yanmış insan cəsədi aşkarlayıblar.
Uşaqlar cəsədin yaxınlığından siqaretlər, alışqan, mobil telefon və plastik qab tapıblar.
“İstintaq zamanı aydın olub ki, özünü yandıran Qoxmux kənd sakini, 1981-ci il təvəllüdlü Musayev Hümbət Əlisəfa oğludur. Kişi üzərinə yanar maddə töküb və yandırıb. Müəyyənləşdirilib ki, intihar hadisədi ötən şənbə günü törədilib, lakin dağda insanlar az-az peyda olduğu üçün Musayevin cəsədi dərhal aşkarlanmayıb”, - deyə, Şəki RPİ-dən bildiriblər.
Məlumdur ki, Musayev quldurluq hadisəsinə görə 9 ay həbsdə yatıb. Musayevin doğmalarının bildirdiklərinə görə, o, çoxlu borcunun olması səbəbindən intihar edə bilərdi. Kişi ailəli olmasa da, ətrafdakı insanların çoxuna borclu imiş.
Faktla bağlı araşdırma aparılır.