Azərbaycanın Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Şəki rayonu, İnçə kəndində (rayon mərkəzindən 15 km aralı) “VAZ” markalı minik avtomobili yol kənarındakı səkiyə çırpılıb.
Nəticədə avtomobilin sahibi 1989-cu il təvəllüdlü Züliyev Orxan Yunis oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Onun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobildə olan sürücü Dəyanət Fəxrəddin oğlu Mustafayev xəstəxanaya aparılarkən yolda keçinib.
Əməliyyat saat 04:01-də başa çatmışdır.
Qeyd edək ki, avtomobil Orxan Züliyevə məxsus olsa da, hadisə zamanı maşını Dəyanət Mustafayev idarə edib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az