Bu gün Şəkidə intihara cəhd hadisəsi baş verib. Səhər saatlarında 1986-cı il təvəllüdlü Qafarova Arzu Eldar qızı Kiş çayı üzərində yerləşən körpüdən özünü çaya atıb.
Oxu.Az Kanal S-ə istinadən xəbər verir ki, o, dərhal Şəki MRX-ya çatdırılıb. Hazırda xəstənin üzərində cərrahiyyə əməliyyatı aparılır. Vəziyəti ağır qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Fakt bağlı Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.