Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Səkkiz yaşlı Hüseyn və anası İranda ac-susuz qalıblar: Müalicə bitib, geri qayıtmağa pulları yoxdur
Səkkiz yaşlı Hüseynin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Cəmilə Bədəlova məlumat verib.
O bildirib ki, övladı serebral iflic xəstəliyindən əziyyət çəkir:
"Hüseyn bir yaşına qədər tam sağlam uşaq olub. Bir yaşı olanda yıxılaraq başından ağır xəsarət aldı. Həmin gündən də o, serebral iflic oldu. Onun müalicələrini vaxtlı-vaxtında etməyə çalışsam da, bəzən maddi olaraq bunu qarşılaya bilmirəm. Hüseyn sizin saytın izləyicilərinin dəstəyi ilə artıq iki dəfə İrana gedib, əməliyyat olub".
Gənc ana hazırda İranda qaldığını, geri qayıtmağa pulları olmadığını deyib.
"Biz bir həftəyə yaxındır İrandayıq. Onun ayağındakı mil artıq çıxarılıb, müalicələri yazılıb. Lakin geri qayıtmaq üçün imkanımız yoxdur. İkimizə bilet 1200-1400 manat civarıdır, həkimin yazdığı iki dərman isə 240 manat edir. Hazırda hoteldəyik, inanın, artıq hotelin pulunu da verə bilmirəm, əlimdə olan bütün pulu xərcləmişəm. Uşaq acdır, yemək ala bilmirəm. Yardımsevər şəxslərdən bizi burada naümid qoymamalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 956-26-34 (WhatsApp).
Kapital Bank: 5239 1517 3239 2801.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yeddi aylıq Zeynəbin əməliyyata ehtiyacı var
- On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
- Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"
- İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Ölkəyə qayıda bilmirlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var