Şəmkirdə baş-vermiş yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən birinin həkim olduğu məlum olub.
Oxu.Az xəbər verir ki, qəzada ölən "Hyundai" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Kənan Çobanlı stomatoloq kimi çalışıb.
Qeyd edək ki, hadisə gecə saatlarında, Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Avtomobildə olan digər sərnişin, 1991-ci il təvəllüdlü Süleyman Məmmədli də həyatını itirib.
Onların toydan qayıdarkən qəzaya düşdükləri məlum olub.
Qəzada həlak olan həkimin görüntülərini təqdim edirik:
Şəmkirdə ağır avtomobil qəzası nəticəsində ölənlərin kimliyi məlum olub.
Oxu.Az "Report"a istinadən bildirir ki, "Hyundai" markalı avtomobilin ağaca çırpılması nəticəsində Şəmkir rayonunun Dəllər Cəyir kənd sakinləri - Kənan Xəqani oğlu Çobanlı və Süleyman Cəbrayıl oğlu Məmmədli aldığı xəsarətlərdən həlak olublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Bu zaman avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində 1 nəfər hadisə yerində, digər şəxs isə xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.