Şəmkirdə avtomobildə qumbara partlaması faktını rayon prokurorluğu araşdırır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində VAZ 2107 markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.
20:27
Şəmkirdə avtomobilin içərisində qumbaranın partlaması nəticəsində xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə köçürülüblər.
"Report"un Qərb bürosunun məlumatına görə, xəsarət alanlar öncə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada ilkin tibbi yardım göstərilib və daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Onların müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, Şəmkir şəhərində Nəsib Qarayeva məxsus dövlət nömrə nişanı 20-BF-603 olan VAZ-2107 markalı avtomobildə sərnişin qismində olan Binnət Qarayevdə olan qumbara partlayıb. Nəticədə hər ikisi müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
19:24
Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alması ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin ki, Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus VAZ 2107 markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub.
"Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".