Şəmkir rayonunun Yeniabad kəndində yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, yanğın dördotaqlı evdə baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti yanğınla bağlı faktı təsdiqləyib və Oxu.Az-a verdiyi məlumatda bildirib ki, Yeniabad kəndində ümumi sahəsi 150 kvadratmetr olan köməkçi tikilinin tavanı 35 m² sahədə, ona bitişik olan talvarın atma taxtaları 100 m² sahədə yanıb.
Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əzizə İsmayılova