Nərimanov rayonu, Koroğlu Rəhimov 9 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq xidmət rəsmisi Qafar Ağayev məlumat verib.
O bildirib ki, ərazidəki quru və qəzalı vəziyyətdə olan iki ağacın götürüldüyü müəyyən edilib:
“Ağacların Nərimanov Rayon İcra Hakimiyyətinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciəti əsasında əvəzinə yeni ağacların əkilməsi şərtilə götürülməsinə rəy verilib”.
11:56
“Sözügedən Kollecin həyətində ağac kəsilməsindən söhbət gedə bilməz. Güclü külək kollecin həyətindəki ağacı sındırıb”.
Bunu yayılan videogörüntülərlə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) sözçüsü Bəhruz Nəzərov Oxu.Az-a açıqlamasında məlumat verib.
O bildirib ki, həmin ağac bir müddət öncə quruyub və aidiyyəti qurumlardan ağacın kəsilməsi ilə bağlı rəy verilib:
“Sadəcə olaraq külək qurumuş ağacı aşırıb. Ağacın sınmış budaqları və gediş-gəlişə maneə yaradan hissələri ətrafdan toplamaq üçün əməkdaşlar əraziyə cəlb ediliblər. Heç bir ağac kəsimindən söhbət gedə bilməz. Hətta verilən rəydə həmin ağacın yerinə yeni tingin əkilməsi də göstərilib”.
11:28
Bakıda ağacların məhv edildiyini əks etdirən videogörüntü yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülərin bu gün Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qeydə alındığı iddia edilir.
Şikayətçi bildirir ki, Neft Akademiyasının tabeliyində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində özbaşınalıq baş alıb gedir:
“Burada çalışan elm adamları təhsil yox, ağacların məhv edilməsi ilə məşğuldurlar”.
Rəylər