Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.
Gün.Az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.
Onun sözlərinə görə qəbul imtahanlarında iştirak etmək üçün 102 mində artıq abituriyent elektron doldurub və müvafiq qaydada təsdiq etdirib.
“Onlardan 58 365 abituriyent bu ilin məzunları, 43 635 abituriyent isə əvvəlki illərin məzunlarıdır.
Abituriyentlərdən 52 507 nəfərini oğlanlar, 49 435 nəfərini isə qızlar təşkil edir. Ən yaşlı abituriyent 1956-cı il, ən gənc abituriyent isə 2000-ci il təvəllüdlüdür”.
www.gun.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin