Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Sepah”da itaətsizlik: İran hakimiyyəti əsas dayağını itirir – VİDEO
İran təqvimi ilə 1401-ci ilin son günlərində, Novruz bayramı ərəfəsində İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin iştirakı ilə keçirilmiş müşavirənin məxfi stenoqramı yayıldı və rejimin köhnə ili hansı durumda və hansı əhvalda yola saldığı aşkara çıxdı.
İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni “Sepah”ın yüksək rütbəli zabitlərinin həmin müşavirədəki çıxışlarını ehtiva edən 44 səhifəlik sənəd ölkənin vəziyyətinə bir növ içəridən baxışı və rejimin daxildən parçalanmasını əks etdirdiyi üçün beynəlxalq medianın diqqətini çəkdi, sənədlə bağlı müxtəlif şərhlər və təhlillər meydana gəldi.
Sənədin mötəbərliyi də şübhə doğurmur, çünki elə həmin müşavirədə dəfələrlə vurğulandığı kimi, son vaxtlar İranın hərbi və təhlükəsizlik strukturlarında məxfi məlumatların kənara ötürülməsi və satılması halları geniş yayılmaqdadır. Təsadüfi deyil ki, sənədi ilk dəfə dərc edən “Vəğte-azadi”, yəni “Azadlıq zamanı” Teleqram kanalının bildirdiyinə görə, Xameneyinin ofisinin təhlükəsizlik xidməti bununla bağlı üç nəfəri istintaqa cəlb edib, digər analoji qurumlarda da məxfi sənədin kənara çıxması ilə əlaqədar araşdırmalara başlanıb.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
"İran" teqi üzrə xəbərlər
- Güneyli fəallar Azərbaycana və Türkiyəyə qarşı təhqirlərə etiraz ediblər
- İranın tanınmış din xadimi ayətullah Nuri Həmədani: "Xalq daha bizə inanmayacaq"
- İran parlamentinin spikerindən etiraf: "Əsas problem bizim idarəçiliyimizdədir"
- İranda Qasım Süleymaninin bannerlərinə od vuruldu
- İran klubunun futbolçusu azarkeşi qucaqladığı üçün yarım milyard cərimələndi
Rəylər