Mina partlaması nəticəsində qan itirən erməni ölüb
Azərbaycan-Ermənistan sərhədində Ermənistan vətəndaşı minaya düşüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə “news.am” saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistanın Tavuş rayonunun Ayqedzor kəndinin sakini 26 yaşlı Edik sentyabrın 24-də cəbhə xəttinin neytral zonasına daxil olaraq minaya düşüb.
Neytral zonada bir neçə saat atışma olduğundan erməni qan itirməsi nəticəsində ölüb.