Azərbaycanın İranla sərhəd hissəsində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 22:31-də qeydə alınıb.
Zəlzələ Naxçıvandan 34 km qərbdə Naxçıvan-İran sərhədində qeydə alınıb. Yeraltı təkanlar 2 km dərinlikdə baş verib.
Maqnitudası 3,3 bal gücündə olan zəlzələ hiss olunmayıb.