Sərnişinlər 156 saylı marşrut avtobusunun hərəkətində yaranan uzun intervaldan narazıdırlar.
Bu barədə onlar Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət ediblər.
Sərnişinlərin sözlərinə görə, ötən gün axşam saatlarında sözügedən avtobus uzun fasilələrlə hərəkət edib:
"156 nömrəli marşrut avtobusu yenilənənəndən interval uzanıb. Avtobus çox gec gəlir. Dünən axşam saat 9 radələrinə qədər avtobus olmayıb. Digər avtobuslar gəlsə də, 156 saylı marşrut avtobusunun gəlməsi müşkülə çevrilmişdi".
Oxu.Az-ın sorğusuna cavab olaraq "Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, dünən paytaxt yollarında müşahidə edilən tıxaclar səbəbindən bir sıra marşrut xətlərinin, eləcə də 156 saylı müntəzəm marşrut xəttinin hərəkətində müəyyən gecikmələr baş verib. Yağıntılı hava şəraitinin müşahidə edildiyi günlərdə bu kimi hallar daha çox müşahidə edilir.