Türkiyənin Ayvalık bölgəsində içərisində 11 sərnişin olan marşrut avtobusu yoldan çıxaraq dənizə aşıb. Buna səbəb sürücünün sükan arxasında insult keçirməsi olub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
"Sərnişin avtobusu sürücünün insult keçirməsindən sonra idarəetmədən çıxaraq dənizə düşüb", - deyə rəsmi açıqlamada qeyd olunub.
Avtobusun sürücüsü hadisə nəticəsində dünyasını dəyişib. Aralarında bir uşağın da olduğu sərnişinlər xilas ediliblər. Onların köməyinə yoldan ötənlər və ətrafdakı insanlar çatıb.