Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sərnişinlərin NƏZƏRİNƏ: Metronun “28 May” stansiyasının ətrafındakı zona ilə bağlı YENİ QƏRAR
Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (metronun “28 May” stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi martın 27-dən etibarən vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, avtomobillərin əraziyə giriş-çıxışı parklanma məntəqəsində qurulacaq innovativ nömrə tanıma sistemi sayəsində tənzimlənəcək.
Ərazidə avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsi sərnişinlərin minik avtomobili ilə rahat qarşılanması və ya yola salınmasına imkan verəcək.
Xatırladaq ki, Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan edilib. “28 May” stansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərara uyğun olaraq da göstərilən ərazilərdəki parklanma yerlərinin fəaliyyəti dayandırılıb.
Rəylər