Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanlar nə vaxt keçiriləcək? - RƏSMİ AÇIQLAMA
“Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanlar icazə verildiyi zaman keçiriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ali təhsil müəssisələrinə sənəd verənlərin sayı ötən illə müqayisədə, təqribən səkkiz min nəfər çoxalıb:
“Ötən il 80 min məzun oldu, 67 mini sənəd vermişdi. Builki 80 min məzundan 67 266-sı ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Keçən illərdə əvvəlki illərin məzunu 16900 idi, bu il isə 24528 nəfərdir. Həmin şəxslər də mütləq buraxılış imtahanı verməlidir. Onlara da imtahan təşkil edilməlidir”.
İlhamə Əbülfət
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Tural Əhmədov: "TKTA-nın sifarişi ilə DİM tərəfindən iki imtahan keçirilib"
- Abiturientlərə qanunsuz cihaz satan şəxsə cəza verildi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləmək istəyənlərin NƏZƏRİNƏ
- DİM taksi sürücüləri üçün imtahan keçirib
- Azərbaycanda Qiymətləndiricilər Palatasının təsis yığıncağı keçirilib, sədr seçilib
Rəylər