"2022-2026-cı illərdə təşkil olunmuş sertifikatlaşdırma imtahanlarında ümumilikdə 104 435 müəllim iştirak edib".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Qeyd olunub ki, 2022-2026-cı illərdə sertifikatlaşdırma prosesinə aşağıdakı sayda müəllim cəlb olunub:
İbtidai sinif - 33 691;
Azərbaycan dili və ədəbiyyat - 11 457;
Riyaziyyat - 9 586;
Xarici dil - 14 801;
Biologiya - 3 735;
Kimya - 2 761;
Fizika - 3 848;
Coğrafiya - 3 760;
İnformatika - 3 863;
Tarix - 5 571;
Təsviri incəsənət - 1 689;
Texnologiya - 2 948;
Musiqi - 1 311;
Fiziki tərbiyə - 5 419 nəfər.
Təqdimata əsasən, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə sertifikatlaşdırma prosesinin hər iki mərhələsi yekunlaşıb.
Tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri üzrə isə birinci mərhələ başa çatıb və 2027-ci ildə ikinci mərhələnin keçirilməsi nəzərdə tutulur.
Beləliklə, təqdim olunan məlumata görə, ölkədə bütün müəllimlər ən azı bir dəfə sertifikatlaşdırma prosesinə cəlb olunublar.