Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Səyyar notariat xidməti ilə bağlı AÇIQLAMA
Əgər vətəndaşlar səhhəti ilə bağlı yaranan problem səbəbindən notariat ofislərinə yaxınlaşa bilmirlərsə, onlara yerində səyyar xidmət göstərilməsi mümkündür.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi tərəfindən notariatın fəaliyyəti üzrə keçirilən canlı yayımda Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov məlumat verib.
Onun sözlərinə görə, bu kimi hallar nəzərə alınaraq notariat ofisləri bütün zəruri avadanlıqlarla təchiz olunub:
“Əgər vətəndaşın səhhətində problem yaranarsa, notariat ofisinə getmək mümkün olmasa, bu halda notariat çantasının onun evinə gətirilərək, səyyar xidmət göstərilməsi təşkil oluna bilir. Səyyar “notariat çantaları” dedikdə isə elektron informasiya sisteminə birbaşa çıxış imkanı nəzərdə tutulur. Belə ki, əvvəlcədən bildiriş verən şəxslərə notariat evində səyyar xidmət göstərilir”.
Könül Cəfərli
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək
- Bizneslə bağlı zəruri məlumatların əks olunduğu icmal hazırlandı
- Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək
- Fəridə Hacıyeva: "Bəzi bələdiyyələrdəki gender komissiyaları formal xarakter daşıyır"
- Kamran Əliyev: "Qardaş xalqlar arasında inteqrasiya prosesləri yeni müstəviyə qədəm qoyub"
Rəylər