Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şikayətçi vətəndaş: “Həkimlər deyir sənə pensiya düşmür” - FOTO
Dörd ildir xəstəxanaları gəzirəm, vəziyyətimi nəzərə alan yoxdur. Nə işləyə bilirəm, nə də bir gəlir mənbəyim var.
Bu sözləri Oxu.Az-a Bərdə rayon sakini Məmmədov Osman Qaryağdı oğlu deyib.
Redaksiyamıza müraciət edən O.Məmmədov bildirir ki, uzun illərdir ağır xəstəlikdən əziyyət çəkir:
“Uzun müddətdir ki, dəri xəstəliyindən (pemfikus) əziyyət çəkirəm. Həkimlərin sözlərinə görə bu, sağalmaz bir xəstəlikdir. Mütəmadi müalicə olunmalıyam. Bərdə Rayon Mərkəzi Xəstəxanasında iki dəfə yatılı müalicə aldım. Sənədlərimə Respublika Dəri-Zöhrəvi Dispanserində də baxıldı. Xəstəliyimlə əlaqədar pensiya almaq üçün müraciət etdim. Dəfələrlə komissiyadan keçdim, lakin bu vəziyyətimdə belə mənə sənədlərimin kifayət etmədiyi bildirilir”.
O.Məmmədov vəziyyəti ilə əlaqədar heç yerdə çalışmağa icazəsinin olmadığını deyir.
“Xəstəliyimlə bağlı həkimlər işləməyə icazə vermirlər. İki aydan bir mütləq müalicə olunmalıyam. Xüsusi qida rasionu tərtib edilib. Bir gün yazılan qidaları, dərmanları qəbul etməsəm bütün bədənim yara tökür. Qəbul etdiyim aylıq dərmanların qiyməti ən azı 15 manatdır. İki aydan bir vəziyyətimə uyğun olaraq 300-500 manat arası müalicə yazılır. İl ərzində iki dəfə qanım dəyişməlidir, o da 250 manata yaxın pul tələb edir. Ümumi illik 2000-3000 manata yaxın xərcim çıxır. Haradan alım? Necə edim?
Çox xahiş edirəm mənim vəziyyətimi nəzərə alsınlar. Dörd ildir bu vəziyyətdə həkimlərin dediklərini edirəm. Sənə pensiya düşmür deyib yola salırlar. Müalicəmi davam etdirməyə gücüm çatmır. Əgər dərmanları qəbul etməsəm vəziyyətim ağırlaşar”-deyə, O.Məmmədov qeyd edib.
Könül Cəfərli
"Bərdə" teqi üzrə xəbərlər
- Dastana dönən qəhrəman Xudayar Yusifzadənin qardaşının toyundan görüntülər
- Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
- Narkotikə görə tutulan şəxsin yeddi evdən oğurluq etdiyi məlum olub
- Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub
Rəylər