Son günlərdə televiziyalarda, radiolarda, bilbordlarda və internet mediayada tirajlanan “Yeni Nəsil Gəlir! Sözdə yox, İşdə Alman Texnologiyası” tizeri media nümayəndələri və televiziya izləyicilərində böyük marağa səbəb olub.
Bu görüntüdəki sloqan - “Sözdə yox, İşdə Alman Texnologiyası” ifadəsi yeni məhsulun və ya yeni kompaniyanın xəbərçisidir. Bunun mənası nədir? Hər kəsi maraqda saxlayan yeni texnologiyanın nə olması, bunun əməldə necə əks olunmasıdır. Şuardan görünən odur ki, bu Alman keyfiyyətinin gətirilməsidir. Amma hansı sahədə, hansı sektorda?
İctimaiyyətdə bu sloqan, tizer və bannerlərlə bağlı maraqlı fikirlər və rəylər formalaşıb. İnsanların bəzisi bunu yeni elektronika, bəzisi informasiya texnologiyası, bəzisi telefon, bəzisi isə yeni innovativ tikinti və memarlıqla əlaqələndirir.
Son zamanlarda böyük bir sirr kimi hər kəsdə maraq doğuran bu sloqan və tizerin əsl pərdəarxası yaxın zamanlarda məlum olacaq.
Sonda isə bu videonu sizə təqdim edirik.