Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Şirvan Şəhər Təcili Yardım Məntəqəsinin yaxınlığında baş verib.
Velosipedlə hərəkətdə olan Şirvan sakini, 1972-ci il təvəllüdlü Vüsal Süleyman oğlu Məmmədovu avtomobil vuraraq ağır yaralayıb.
Müxtəlif xəsarətlər alan velosipedçi təcili yardım avtomobili ilə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.