Şirvan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen” markalı minik avtomobilində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
22:28
Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun altıncı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində aşırıb və avtomobil alışaraq yanıb.
Nəticədə o, hadisə yerində həyatını itirib.
Araşdırma aparılır.