Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əcnəbi vətəndaşa narkokuryerlik edən Sabirabad rayon sakini Amid Xələfov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan çəkisi dörd kiloqramdan artıq olan heroin və marixuana aşkar edilib.
Araşdırmalarla A.Xələfovun sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Rəylər