Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Smart Customs" mobil tətbiqinin yeni dizaynı hazırlanıb, yaxın zamanda təqdimat həyata keçiriləcək
"Smart Customs" mobil tətbiqinin yeni dizaynı hazırlanıb, yaxın zamanda təqdimat həyata keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən seminarda bildirilib.
Qeyd olunub ki, "Smart Customs" mobil tətbiqinin istifadəçilər üçün əlçatanlıq dairəsi genişləndiriləcək.
Bildirilib ki, 2020-ci ildən istifadəyə verilən "Smart Customs" mobil tətbiqində xüsusi alqoritm əsaslı avtomatlaşdırılmış çat-bot sistemi fəaliyyət göstərir.
Hazırda tətbiqdən istifadə edən "iOS" istifadəçilərinin sayı 1.1 milyondan, "Android" istifadəçilərinin sayı 930 mindən çoxdur.
Ümumilikdə isə tətbiq üzrə 12 elektron xidmətin istifadəyə verildiyi diqqətə çatdırılıb.
Aygün Mirakif
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- İrandan Rusiyaya "brokoli və kahı" aparan avtomobildə külli miqdarda narkotik vasitə aşkarlandı
- Milyonlarla rublu Azərbaycandan qanunsuz çıxarmaq istədilər
- Bakıda aksiz markasız külli miqdarda siqaret aşkar edilib
- Qaçaqmalçılıqda təqsirli bilinən üç "Duty free" işçisinə hökm oxunub
- Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT