Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Smart Customs” tətbiqində yaranan problem aradan qaldırılıb - YENİLƏNİB + FOTO
“Smart Customs” tətbiqinə daxil olan zaman yaranan problem aradan qaldırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
11:00
“Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində texniki problemlər yaşanır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat tətbiq istifadəçiləri tərəfindən verilib. Tətbiq istifadəçiləri fərqli ölkələrdən onlayn qaydada alınan məhsulları bəyan etmək istəsələr də, proqrama daxil ola bilmirlər.
Yaranan çətinliyin səbəbi isə məlum deyil.
Qeyd edək ki, bir müddət öncə də sözügedən tətbiqin işində müəyyən çətinliklər yaşanmışdı.
Könül Cəfərli
Rəylər