İtkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində aparılan monitorinq nəticəsində ortaya çıxıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 10 il ərzində apardığı hesabatda qeyd edib. Hesabatda bildirilir ki, hərbi qulluqçuların 186 nəfəri döyüş (158 nəfəri erməni gülləsi, 28 nəfər mina və sursat partlayışı), 542 nəfəri isə qeyri-döyüş (8 nəfər əməliyyat tədbirləri, 106 nəfər intihar, 100 nəfər qəza, 135 nəfər qeyri-nizamnamə hərəkətləri, 88 nəfər bədbəxt hadisələr, 33 nəfər müəmmalı və naməlum hadisələr, 71 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. Ümumilikdə, 2003-2013-cü illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 670 nəfərdən çoxdur.
İtkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində aparılan monitorinq nəticəsində ortaya çıxıb. Təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3 700 nəfərdən artıqdır.