Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib
Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 2019-cu ilin əvvəlindən bu ilin martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.
Xatırladaq ki, nazirlik 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırıb.
"Əmək pensiyası" teqi üzrə xəbərlər
- Bu ilin ilk iki ayında əmək pensiyası təyin olunan şəxslərin SAYI AÇIQLANIB
- Həbs edilən sabiq məmurun şok əməlləri - 6.5 milyonluq fırıldaq
- Əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısı genişləndirilir
- Milli Məclis qanunvericiliyə Azərbaycan işarət dili anlayışının əlavə edilməsini qəbul edib
- Vüqar Bayramovdan çoxuşaqlı valideynlərin pensiya yaşı ilə bağlı TƏKLİF