Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sosial şəbəkələrdə həyəcan yaradan çağırışlar edən şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
Sosial şəbəkələrdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.
Oxu.Az xəbər verir ki, paylaşımda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində azyaşlıların kütləvi qətlinin həyata keçiriləcəyi bildirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.
Qeyd edək ki, analoji hadisələr bu ilin yanvarında Qazaxıstanın Aqtöbe və ötən ilin aprelində Rusiyanın Kazan şəhərində də yaşanıb. Həmin vaxt sosial şəbəkələrdə bənzər mətnlə zorakılıq çağırışları edilib.
Rəylər