Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sosial şəbəkələrdə Rəşad Dağlının oğlunun adından pul yığılır, DİN araşdırma aparır - YENİLƏNİB + FOTO
İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta “Instagram” hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.
APA xəbər verir ki, bu barədə meyxanaçının və oğlu Yusifin “Instagram” səhifələrində məlumat paylaşılıb.
Məsələ ilə bağlı Rəşad Dağılının vəkili də açıqlama yayıb. Vəkil yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi olmadığını deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.
23:30
Rəşad Dağlıya Bakı İstintaq Təcridxanasında xəsarət yetirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə “Qafqazinfo” ya açıqlamasında qonşusunu İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirli bilinən meyxanaçının vəkili Elvin Əliyev bildirib.
O qeyd edib ki, yayılan məlumatlar şayiə xarakterlidir:
“Bununla bağlı təcridxananın rəhbərliyi ilə də əlaqə saxlamışıq, yayılan məlumatlar həqiqətə uyğun deyil”.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakının mərkəzində külli miqdarda PUL TAPILDI - Sahibinin adı AÇIQLANDI
- Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi ENDİRİLDİ
- Paytaxtın mərkəzi küçəsində QƏZA: İşıqfor zədələndi
- Rüsvayedici xəbərlər yayıb, silinməsi üçün pul tələb edən sayt rəhbərinə hökm oxundu
- Ard-arda iki qəza Bakıda sıxlığa SƏBƏB OLDU
Rəylər