Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yaydı.
“Hal-hazırda ƏƏSMN-nin tabeliyindəki sosial xidmət müəssisələrində 1042 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslər üçün nəzərdə tutulan Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində 316 nəfər yaşayır”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib.
Ç.Əliyev qeyd edib ki, hazırda 256 nəfərin yaşadığı 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb əlilləri və qocalar üçün internat evində də əsaslı təmir işləri aparılıb və burada sakinlərin yaşayışı, lazımi xidmətlərlə təmin olunması üçün normal şərait mövcuddur.
www.oxu.az