Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sosial yardım elektron şəkildə təyin ediləcək - Video
Tətbiq olunacaq yeni sistemdən sonra ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşdan heç bir sənəd tələb olunmayacaq. Hazırkı qaydalara əsasən isə sosial yardım almaq istəyən şəxs öz ailə tərkibi, aylıq gəliri, əmlakı və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət qurumuna təqdim etməlidir.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, avtomatlaşdırılımış sistem tətbiq olunduqdan sonra isə vətəndaşlar telefonla zəng etməklə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron saytına daxil olub öz şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə ünvanlı sosial yardım üçün müraciət edəcəklər. Yaradılan mərkəzləşdirilmiş sistem vasitəsilə nazirlik rəsmiləri digər dövlət qurumlarının məlumat bazasına daxil olur və müraciət edən şəxs haqqında lazımı məlumatları əldə edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Səlim Müslümov: “Bizim İnformasiya Texnologiyaları şöbəmiz Ədliyyə Nazirliyi və Əmlak komitəsi ilə bu işləri aparır. Eyni zamanda dövlət yol polisi ilə də danışıqlar gedir. Elə düşünürəm ki, il ərzində biz buna nail olacağıq və yerli məmurların bu prosesdə heç bir rolu olmayacaq”.
Mərkəzləşdirilmiş sistemin tətbiq olunmasında əsas məqsəd ölkədə Ünvanlı Sosial Yardımın təyin olunması məsələsində şəffaflığı təmin etməkdir. Ünvanlı Sosial Yardımın verilməsinə 2006-cı ildən start verilib. Əsas məqsəd az təminatlı ailələrin maddi şəraitin yaxşılaşdırımasıdır.

"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- 9 illik azadlıqdan məhrum edilən şöbə rəisi Elşən Quliyevə cüzi güzəşt edildi
- Nazirin cəzaçəkmə müəssisəsinin rəisini işdən çıxarma SƏBƏBİ MƏLUM OLDU
- Azərbaycan vətəndaşının Qazaxıstandan ekstradisiyası təmin edildi
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Azərbaycanda bir ayda 1800-dən çox AİLƏ DAĞILIB